Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video


13.08.2020  16:11 

Rusiyada yüksək vəzifəli şəxs vaksinə görə istefa verdi





A+  A-

Rusiya Səhiyyə Nazirliyinin Etik Şurasının rəhbəri Aleksandr Çuçalin vəzifəsindən istefa verib.
XəzərNews.az “Medvestnik”ə istinadən xəbər verir ki, Çuçalin istefa verdiyini elan edərkən qeydiyyata alınan koronavirusa qarşı vaksindən də danışıb. O, peyvəndin arxasında bilinən iki adı xüsusilə qeyd edib. Belə ki, həmin şəxslər peyvəndin hazırlandığı “Qamaleya” Araşdırma Mərkəzinin direktoru Aleksandr Qintsburq və Rusiya Ordusunda polkovnik vəzifəsini icra edən viroloq, prof. Sergey Boriseviçdir.

Çuçalin sözügedən şəxslərdən peyvəndlə bağlı istər Rusiya, istərsə də beynəlxalq səviyyədə qəbul edilmiş nəzarət protokollarının həyata keçirilib-keçirilmədiyini soruşduqda “xeyr” cavabını aldığını bildirib.

O, bu vəziyyəti qəbul edə bilməyəcəyini deyərək tibb elminin ən vacib hissəsi olan “Heç kimə zərər verməmək” etik prinsipinin pozulduğunu söyləyib. Bundan əlavə, A.Çuçalin həmkarlarının bu münasibətinə görə çox məyus olduğunu qeyd edib.

Xəbər 1908 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +