Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi


09.07.2020  14:06 

ABŞ-ın büdcə kəsiri yüzqat artdı





A+  A-

ABŞ-ın büdcə kəsiri iyun ayında 863 milyard dollara çatıb.
XəzərNews.az "TASS"a istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə yüzqat çoxdur. Eyni zamanda, keçən ilin sentyabrında başa çatan bütün maliyyə ili üçün ölkənin federal büdcəsindəki vəsait çatışmazlığı 984 milyard dollar təşkil edib. Sənəddə qeyd olunduğu kimi, belə yüksək göstərici iqtisadi böhran, koronavirus pandemiyası və hökumətin konkret hadisələr fonunda həyata keçirdiyi tədbirlər ilə əlaqələndirilir.

Agentliyin məlumatına görə, bu ilin ilk doqquz ayında büdcə kəsiri ötən ilə nisbətən 2 trilyon dollar artaraq 2,7 trilyon dollar təşkil edib. Ayrıca federal büdcəyə gedən vəsaitin miqdarı keçən ilə nisbətən 13 faiz azalıb. Xərclər isə öz növbəsində 50 faiz artıb.

Koronavirus pandemiyasının başlanmasından etibarən ABŞ höküməti iqtisadiyyatın stimullaşdırılmasına 3 trilyon dollar xərcləyib. Konqresin Büdcə İdarəsinin iyun ayında apardığı hesablamaya görə 2020-ci ildə büdcə kəsirinin 4 trilyon dollara çatacağı təxmin edilir.

Xəbər 1738 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +