FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


02.07.2020  12:10 

Yol Polisi Aynar Məmmədovu məhkəməyə verdi





A+  A-

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov avtomobili sərxoş halda idarə etdiyi üçün məhkəməyə verilib.
XəzərNews.az-ın e-mehkeme.gov.az saytına istinadən verdiyi xəbərə görə, onunla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən protokol tərtib edilib və sürücülük hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət edilib. Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə iyunun 30-da bununla bağlı ilk iclas keçirilib. Növbəti iclas iyulun 13-nə təyin edilib.

A.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə ittiham olunur. Onun təqsiri məhkəmədə sübuta yetirilərsə, dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılacaq.

Qeyd edək ki, Aynar Məmmədov 2015-ci ildə ona məxsus “Nar” kafesində qumar oyunları təşkil olunması ilə gündəmə gəlmişdi. “Bandotdel”in keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılmışdı.



Xəbər 1878 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +