Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi


09.06.2020  14:53 

Gürcüstanda benzin ucuzlaşdı





A+  A-

Aprel ayından etibarən Gürcüstanda benzin və dizel yanacağının qiyməti orta hesabla 0,75-0,80 lari (0,45 manat) ucuzlaşıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Gürcüstan Biznes Assosiasiyasının açıqlamasında deyilir.

Bildirilir ki, son günlərdə Gürcüstanın milli valyutası olan larinin dollar qarşısında möhkəmlənməsi də yanacağın qiymətinin enməsinə təsir göstərən amillər sırasındadır. Qeyd olunur ki, son iki həftə ərzində beynəlxalq bazarlarda yanacağın qiyməti qalxsa da, larinin möhkəmlənməsi fonunda Gürcüstanda qiymətlər hazırkı səviyyədə qalacaq. Assosiasiya yanacaq qiymətlərindəki azalmanın müxtəlif sənaye növlərinin inkişafı baxımından müsbət təsiri olduğunu qeyd edir.

Qeyd edək ki, hazırda Gürcüstandakı yanacaqdoldurma məntəqələrində "Super" markalı benzinin qiyməti 2,10-2,20 lari (1,2 manat), "Premium" markalı benzinin qiyməti 1,90-1,95 lari (1,11 manat), "Regular" tipli benzinin qiyməti isə 1,79-1,90 lari (1,08 manat) təşkil edir. Qonşu ölkədə dizel yanacağının qiyməti isə 1,80-1,95 lari civarındadır.

Xəbər 1740 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +