Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video


04.04.2020  11:19 

Narkotik satarkən tutuldu





A+  A-

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotacir cinayət başında saxlanılıb. Yaşadığı evdən isə 2 kiloqramdan artıq narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı kənd sakini Elşad Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Nəsirovun Şahağacı kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq psixatrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Xəbər 1522 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +