Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


11.12.2019  13:57 

“Şansımız olmasa da oyuna ciddi hazırlaşırıq”





A+  A-

“Şansımız olmasa da oyuna ciddi hazırlaşırıq”.
XəzərNews.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

Milli komandamızın üzvü Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Düdelanj”la keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.

O, bildirib ki, matçın əhəmiyyəti böyük olmasa da, qələbə qazanmaq arzusundadılar: “Oyunun əhəmiyyəti bəlkə böyük olmaya bilər. Çünki qrupdan çıxmaq baxımından heç bir rol oynamır. Ancaq biz hər matça olduğu kimi, sabahkı görüşə də qələbə istəyi ilə çıxacağıq”.

Medvedev görüşə azarkeş marağının az olacağını düşünür: “Bizim işimiz futbol oynamaqdı. Azarkeşlər üçün isə şou kimi olur. İstərdim ki, hər oyunda tribunalar dolu olsun. Bu, bizə əlavə qüvvə verir. Bəzi azarkeşlər oyuna gəlməyəcələr. Amma əsl azarkeşlər komandaya dəstək verməlidilər. Mən sevimli komandama belə azarkeşlik etsəydim, oyunlarına gedərdim”.

Xəbər 1500 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +