Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


20.11.2019  13:11 

Ermənistan müxalifəti Paşinyanı devirmək üçün Qarabağda TOPLAŞIR





A+  A-

Bir neçə gün öncə Ermənistan İctimai Şurasının eks-sədri Vazgen Manukyan tərəfindən yaradılmış “Vernatun” ictimai-siyasi klubu Qarabağda yığıncaq keçirəcək.
XəzərNews.az “Jamanak” qəzetinə istinadən xəbər verir ki, dəyirmi masa ətrafına toplaşacaq siyasi opponentlər Qarabağ münaqişəsinin həlli və Ermənistan hakimiyyətinin səriştəsizliyini əsas mövzular seçiblər.

Amma siyasi kluarlarda Qarabağda toplaşacaq Paşinyan əleyhdarlarının qondarma rejimdə 2020-ci ildə keçiriləcək “prezident seçkiləri”nin əsas namizədlərindən biri olan Vitali Balasanyana dəstək verəcəkləri gözlənilir.

“Qarabağ klanı”nın aktiv üzvlərindən sayılan Balasanyan Nikol Paşinyan və onun “Mənim addımım” blokunu kəskin ifadələrlə tənqid edir.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru David Şahnazaryan, eks-baş nazir Xosrov Arutunyan, “İrs” partiyasının keçmiş sədr müavini Ruben Akopyan, Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan və başqa şəxslər “Vernatun” klubuna üzv olublar.

Xəbər 1817 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +