Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi


29.01.2018  16:12 

Kreditlərlə bağlı tələbələrə şad xəbər





A+  A-

“Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlanacaq.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin yanvarın 29-da keçirilən ilk iclasında adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib. Komitə sədri belə bir sənədin cəmiyyətin sosial sifarişi kimi ortaya çıxdığını bildirib:

“Biz yaxın perspektivdə tələbə kreditlərləri ilə bağlı ayrıca qanun layihəsi hazırlamağı və onu müzakirələrə çıxarmağı nəzərdə tuturuq. Bu, cəmiyyətin sosial sifarişindən irəli gəlib. Qeyd edim ki, parlamentdə zaman-zaman bu yöndə təkliflər səslənib və bu baxımdan, biz digər komitələrlə birgə adıçəkilən sənədin hazırlanmasını nəzərdə tuturuq. Yəni yaxın perspektivdə belə bir qanun layihəsi hazırlanıb, müzakirələrə təqdim olunacaq”.

Qeyd edək ki, bu yöndə qanun layihəsinin qəbul edilməsi təklifini ilk dəfə millət vəkilləri Vahid Əhmədovla Əli Məsimli səsləndiriblər. Onlar hətta birlikdə “Təhsil kreditləri haqqında” qanun layihəsinin ilkin variantını da hazırlayıblar. Orada da imkansız ailələrdən olan tələbələrin güzəştli şərtlərlə təhsil kreditlərindən yararlana bilməsi öz əksini tapıb.

Xəbər 1542 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +