Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi


29.01.2018  15:54 

Yeni mənzillərin açarları sabah jurnalistlərə təqdim olunacaq





A+  A-

Sabah jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının təqdimetmə mərasimi keçiriləcək.
XəzərNews.az-ın movqe.az-a istinadən məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edəcək.

Jurnalistlərə mənzillərin açarları sabah saat 11: 00-da Beynəlxalq Mətbuat Mərkəzində təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktou Vüqar Səfərli ötən həftə mətbuata verdiyi açıqlamasında binanın istismara tam hazır olduğunu, sənədləşmə işlərinin başa çatdığını bildirmişdi.

Xatırladaq ki, jurnalistlər üçün tikilən ikinci yaşayış binasının açılışı iyulun 20-də - Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Bibiheybət qəsəbəsində inşa edilən və tam istismara hazır olan binada 255 mənzil var.

Xəbər 1395 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +