Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


29.01.2018  14:56 

74 əmlak hərraca çıxarıldı





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi fevral ayının 27-də hərrac keçirəcək.
XəzərNews.az xəbər verir ki, özəlləşməyə çıxarılan 74 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisəsi, 25-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 11-i xidmət, 3-ü sənaye, 3-ü təmir, qalanları isə müvafiq olaraq kənd təsərrüfatı və səhiyyə sahələrinə aid olan müəssisələrdir.

Özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektə Bakının Sabunçu rayonunda yerləşən 7 saylı kafeni nümunə kimi göstərmək olar. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 214,7 kv.m, torpaq sahəsi isə 250 kv.m-dən çoxdur. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişlidir. Qeyd ediək ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.



Xəbər 1651 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +