FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


12.10.2017  13:08 

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı





A+  A-

Ötən gün ərzində ərazi polis orqanları tərəfindən bu sahədə həyata keçirilən tədbirlərlə ümumilikdə, 6 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.
Bu haqda XəzərNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zəfər Namazovdan 5 kiloqramdan artıq marixuana götürülüb.

Daxil olan məlumat əsasında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gərəkli kəndinin ərazisində kənd sakinləri Oqtay Dibirov, Məhəmməd Abdullayev, onun qardaşları Mühiddin və Elçin tərəfindən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu və 439 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslərin yaşadıqları mənzillərə də baxış keçirilib və O.Dibirovun evindən 173,24 qram, M.Abdullayevin evindən 195,87 qram, Mühiddinin evindən 197,93 qram, Elçinin evindən isə 164,21 qram marixuana aşkar edilərək götürülüb. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1579 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +