Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi


06.06.2017  22:41 

İŞİD-ə qoşulduğu deyilən azərbaycanlı qadından - Açıqlama





A+  A-

İŞİD terror təşkilatının tərkibinə qoşulduğu iddia olunan və barəsində cinayət işi açılan Gürcüstan vətəndaşı olan azərbaycanlı Aydan Qəribova açıqlama verib.
XəzərNews.az xəbər verir ki, “Bizim Yol”a danışan qadın barəsində cinayət işinin açıldığını və Rusiyaya daxil olmasına qadağa qoyulduğunu təsdiqləsə də, İŞİD-ə qoşulması iddiasını təkzib edib.

Onun sözlərinə görə, yalnış anlaşılma nəticəsində başına bu iş gəlib: “Məni 14 yaşında qaçırıb adətlərə qurban ediblər. Mənim 3 övladım var. Ailə-məişət zəminində davamlı problemlər olduğu üçün həyat yoldaşımdan ayrıldım. Türkiyəyə üz tutdum. Övladlarımı da özümlə apardım. Valideynlərim Rusiyada yaşayırdı. Mən valideynlərimlə və keçmiş həyat yoldaşımla bir müddət əlaqəni kəsdim. Sonra isə “Whatsapp” vasitəsilə əlaqə saxlayırdıq. Uşaqlığımı əlimdən aldıqlarına və həyatımı məhv etdiklərinə görə mən anamı qıcıqlandırmaq üçün gülərək İŞİD-ə qoşulduğuma ehyam etdim. Anam və həyat yoldaşım bu sözümü ciddi qəbul ediblər və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Ötən ilin aprel ayında barəmdə cinayət işi açılıb. Mənim beynəlxalq axtarışa verildiyim deyilir. Mənim yerim bəllidir”.

Aydan Qəribova deyib ki, Türkiyədə oturum icazəsi ala bilmədiyi üçün övladlarının təhsil almasında problem yaranıb və buna görə doğulduğu Gürcüstanın Qardabani rayonuna qayıdıb. Hazırda o, 80 yaşlı əlilliyi olan nənəsi ilə birlikdə burada yaşayır. A.Qəribova nə Suriyaya və İraqa, nə də Dağıstan Respublikasının qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə getmədiyini bildirib.

Xəbər 1538 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +