Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


15.03.2017  12:17 

Bakıda avtobuslar üçün xüsusi yol salınır





A+  A-

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatdan istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin küçə və prospektlərində yalnız sərnişin avtobuslarının hərəkət etməsi üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlayıb.
XəzərNews.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.M.Ağayevin sözlərinə görə, xətlənmə işləri ilkin mərhələdə paytaxtın 9 küçə və prospektində aparılacaq. "Artıq Füzuli küçəsində xüsusi hərəkət zolağının çəkilişinə başlanılıb. Xüsusi hərəkət zolaqları yalnız sərnişin avtobuslarının hərəkəti üçün nəzərdə tutulub. Digər nəqliyyat vasitələrinin bu hərəkət zolaqlarından istifadəsi qadağandır. Bu zolaqlarda avtomobillərin park edilməsi də qadağandır. Zolaq boyunca yerləşən yaşayış məntəqələrində yaşayan sakinlər üçün xüsusi nişanlar qoyulacaq ki, həmin yerlərdən sakinlər məhəllələrinə daxil ola biləcəklər", - deyə qurumun sözçüsü bildirib.

Xəbər 2064 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +