Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək


21.10.2024  10:54 

Rəqibini boğma üsulu ilə məğlub edən gənc idmançı birinci oldu -Foto+Video





A+  A-

“JASUR” İdman Liqası şəhid baş leytenant, qəragah rəisi olmuş Ramiq Mikayılovun xatirəsinə həsr olunan MMA və Grappling idman növü üzrə klublararası açıq birincilik keçirilib.

Xəzərnews.az xəbər verir ki, turnirdə gənc idmançı, bir neçə yerli və beynəlxalq yarışların qalibi, “Baku” MMA Akademiyanın tələbəsi Kamran Haqnəzərov birinci yerə layiq görülüb. Yarışın həlledici məqamında K.Haqnəzərov rəqibini boğma üsulu ilə məğlub edib.

Tanınmış idmançı Ruslan Məmmədhəsənovun rəhbərliyi ilə yarışa hazırlaşan Kamran Haqnəzərov bundan əvvəlki qələbəsini də MMA üzrə əldə etmişdi.

Qeyd edək ki, bir az əvvəl də Azərbaycan Respublikası Stenka Döyüş Sənəti Federasiyası Stenka və Pencak Silat İdman növləri üzrə açıq turnirdə “Aiki-Cistu” İdman Cəmiyyətini 65 kq çəkidə təmsil edən Kamran Haqnəzərov 2 rəqibini məğlub edərək “Pencak Silat” versiya üzrə birinci yeri qazanmışdı.

Xatırladaq ki, Kamran Haqnəzərov 2010-cu ildə Bakı şəhərində anadan olub. 2014-cü ildən isə “Real Aykido” döyüş sənəti ilə məşğul olmağa başlayıb. K.Haqnəzərov “1 DAN qara kəmər ustası” adına layiq görülüb.





Həsən
XəzərNews.az




Xəbər 7573 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +