Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...


07.10.2024  17:19 

15 yaşlı Sevincin qətlində şübhəli bilinirdi, meyiti tapıldı - Foto





A+  A-

Bərdədə itkin düşmüş və 2 gün sonra meyiti tapılan 15 yaşlı Sevinc Abbaslının qətlində şübhəli bilinərək istintaqdan yayınan şəxsin meyiti tapılıb.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sentyabrın 1-də 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Sentyabrın 3-ü S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Onun meyiti oktyabrın 7-si Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

31 yaşlı Kənanın intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Xəbər 6487 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +