Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


24.12.2021  10:49 

“Mən, İraq prezidenti Səddam Hüseynəm”





A+  A-

Ötən gün yuxuda gördüm onu. Səddam Hüseyni deyirəm. Səfil qiyafəsində idi. Dünyanın bütün ağrı-acısı sanki solğun çöhrəsinə həkk olunmuşdu.

“Ciyərim od tutub yanır”,- dedi və məndən su istədi. Su axtarışım çox uzun çəkdi, nəhayət, tapıb gətirəndə artıq gec idi, boynuna kəndir keçirib dar ağacının kölgəsində yerə uzandırdılar.

Səsi xırıldayırdı. Yenə nələrsə dedi, amma xatırlaya bimirəm. Əcəl saatına dəqiqələr qalanda “budilnikin” səsinə yuxudan oyandım...

Kim inanardı ki, bir zamanlar dəbdəbəli saraylarda ömür sürə-sürə hökmranlıq edib dünyaya meydan oxuyan, sözünün qarşısında söz deyilməsini bilmərrə yasaqlayan bir dövlət başçısının axırı belə faciəvi sonluqla yekunlaşacaq: ölkəsi viran qalacaq, vətəni yadellilərin tapdağı altında inləyəcək, xalqı qul vəziyyətinə salınacaq, özünün son istinadgahı isə qaranlıq və rütubətli “torpaq bunker” olacaq. Bu qədər çarpışmaq, haqq-nahaq qanlar axıtmaq, evlər yıxmaq... belə bir yekun sonluq üçün idimi?

“Mən, İraq prezidenti Səddam Hüseynəm” deyən bir tiranın xanimanı göz qırpımındaca viran qaldı.

Güvəndiyi BƏƏS (ərəb sosialist) partiyası sabun köpüyü kimi yox olub getdi, bir milyondan artıq üzvü sanki heç olmayıbmış...

Gur-gur guruldayan vaxtlarında kürəkənlərini – bir kişinin iki oğlunu – iki qardaşı eyni gündə edam etdirərək qudasının ürəyinə çalın-çarpaz iki övlad dağı çəkdirdi. Bu hadisədən bir neçə il ötdü. Və elə eyni günlərin birində onun da hər iki ciyərparəsi (üstəlik, nəvəsi də onlarla birgə) qətlə yetirildi. Səddamın ürəyinə də beləcə övlad dağı çəkildi.

Səddam öz taleyini özü yazmışdı, ömür yolunun qarmaqarışıq cizgilərini də özü cızmışdı. Aqibətinin belə bir sonluqla yekunlaşmasına İraq rəhbəri əlbət ki, layiq idi. Aqibəti də bəlli – dar ağacı.

İndi də cəhənnəm atəşində yanır – yuxuma girməsi və su istəməsinin tək yozumu da bu.

Vasif Hüseynov

Xəbər 6256 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +