FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


11.01.2021  13:54 

Semestr imtahanları ilə bağlı əmr imzalandı





A+  A-

Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.
XəzərNews.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov paylaşım edib.

O bildirib ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Bu əmrə əsasən ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb: “Belə ki, imtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək.

Müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə koronavirus infeksiyasının profilaktikasına dair metodik göstərişlərə riayət olunacaq. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək”.

Xəbər 2093 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +