Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


01.02.2020  13:11 

Bu küçələrdə hərəkətin təşkili dəyişdirilir





A+  A-

Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilir.
XəzərNews.az xəbər verir ki, Şəfayət Mehdiyev küçəsinin Ə.Haqverdiyev və Lev Landau küçələrini əlaqələndirən hissəsi təmir edilərək istifadəyə verilib və bu səbəbdən svetofor obyektində əlavələr edilib.

Yeni quraşdırılmış svetoforun iş prinsipinə əsasən, Ş.Mehdiyev küçəsinin yeni istifadəyə verilmiş hissəsindən (Hüseyn Cavid parkı tərəfdən) Ə.Haqverdiyev küçəsi ilə kəsişməyə doğru hərəkət edən nəqliyyat vasitələri kəsişmədən düzünə və sağa hərəkət edəcəyi halda, qarşı tərəfdən gələn nəqliyyat vasitələri istənilən istiqamətə yönələ biləcəklər. Lakin həmin istiqamətdən (Hərbi şəhərcik tərəfdən) sola dönən nəqliyyat vasitələri qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə yol verərək onlar üçün ayrılmış növbəti fazada hərəkətlərini davam etdirəcəklər. Həyata keçirilmiş dəyişiklikdən sonra artıq nəqliyyat vasitələrinin Lev Landau küçəsindən qısa müddətdə Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrinin kəsişməsinə çıxışı mümkün olacaq. Bununla da, Hüseyn Cavid prospekti və onu əhatə edən digər küçələrin nəqliyyat yükü azaldılacaq.

Sürücülərdən sözügedən yol sahəsindən keçərkən yeni hərəkət sxeminə diqqət etməsi, yol nişanlarının, nişanlanma xətlərinin və svetoforun tələblərinə riayət etməsi, qəza hallarının yaranmasına şərait yaratmaması xahiş edilir.

Xəbər 1623 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +