Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


01.10.2023  11:26 

Ermənilərin sayı: Şişirtmə rəqəmlər, saxta iddialar...





A+  A-

Erməni gethagetinin bütün dünya boyunca böyük şivənsalma kampaniyası ilə müşayiət olunduğunu bilirsiz. Bizə dost ya düşmən, yaxın ya uzaq olmasından asılı olmayaraq elə bir ölkə yoxdur ki, KİV-lərində ermənilərin üzləşdiyi "tarix fəlakətdən" nəsə yazıb danışılmamış olsun.

Şişirtmə rəqəmlər, saxta iddialar göz deşir. Məsələn, rus KİV-lərində dini terminlə "xüruc" (исход) adlandırdıqları bu gethaget haqda reportajların birində erməni qadının səsləndirdiyi rəqəmlər diqqətimi çəkdi.

Müəllimə olan qadın deyir ki, gedəcəyi yer çoxdur, qohumları ABŞ-da, Fransada, Rusiyada yaşayır. "Ronald Reyqan Bakı və Sumqayıtdan gedən 1 milyon ermənini qəbul edib. O ermənilərin hamısı da qarabağlı idi".

Özünə hörmət edən KİV bu düşük yalanı tirajlamamalı idi.

Birincisi, Bakı və Sumqayıtda heç zaman 1 milyon erməni yaşamayıb, Azərbaycanın bütün ərazisində - Dağlıq Qarabağ daxil ermənilərin sayı heç zaman 400 mini keçməyib.

İkincisi, Bakı və Sumqayıt erməniləri küllən qarabağlı deyildilər, aralarında Şamaxı, Şəki, Naxçıvan, hətta Türkiyə və Livan erməniləri də çox idi.

Üçüncüsü, Reyqanın prezidentliyi 89-cu ildə bitib, sovet, o cümlədən Azərbaycan ermənilərinin ABŞ-a köçü ondan sonraya təsadüf edir. Ermənilər Bakını əsasən 1990-91-ci illərdə tərk ediblər, o da tam yox.

Dördüncüsü, ABŞ-da yaşayan ermənilərin rəsmi sayı 1 milyondan aşağıdır- 400-500 min, qeyri -rəsmi bundan 2, bəzən 3 dəfə çox göstərilir. Bakıdan gedən ermənilərin sayı ümumi saydan 2 dəfə çox ola bilməz, bunu iddia etmək absurddur.

Ən çoxsaylı erməni icması Kaliforniyanın Qlendeyl şəhərində yaşayır. 200 min əhalisi olan şəhər əhalisinin 40 %-dən çoxu ermənidir. Onlar da İrandan köçənlərdir. Yəni ABŞ-ın əsas erməni icması İran erməniləridir.

Nəhayət, erməniləri ABŞ-da nüfuzlu edən say çoxluğu deyil, etnik və dini yaddaşın qorunması, kompakt yaşamaları (bu, seçkilərə təsir etmək imkanı yaradır) və ABŞ-ın onlardan Türkiyə və Azərbaycan (keçmişdə həm də Sovet İttifaqı), müəyyən qədər də digər Şərq ölkələri əleyhinə istifadədə maraqlı olmasıdır....

Cəmaləddin Quliyev
Siyasi şərhçi


Xəbər 4855 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +