Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


25.09.2017  09:37 

Əhmədlini kanalizasiya suyu niyə basıb?





A+  A-

Paytaxtın kənd Əhmədli adlanan qəsəbəsində kanalizasiya sistemi ilə bağlı problem insanların rahatlığına təsir edib.
XəzərNews.az XəzərXəbər-ə istinadən məlumat verir ki, sakinlər düz qapılarının ağzından axan kanalizasiya sularının qoxusundan evdə otura bilmədiklərini deyiblər. Küçəyə yayılan çirkab sular bəzi sakinlərdə, xüsusilə də azyaşlılarda allergik reaksiyalara səbəb olur.

Qonşular iddia edir ki, küçəboyu axan kanalizasiya suları artıq hər evə xəstəlik yayir. 1-ci Əhmədli küçəsinin azyaşlı sakinləri də bu problemdən əziyyət çəkdiklərini söyləyiblər.

Azərsu Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun Məhəmməd Hadi küçəsi 80 ünvanında apardığı araşdırmadan sonar isə məlum olub ki, problemə səbəb elə sakinlərin özlərinin kanalizasiya sistemindən düzgün istifadə etməməsidir. Çünki, 1-ci Əhmədli küçəsində yaşayan sakinlər kanalizasiyaya zibil atıblar. Təmizlik işləri zamanı uşaq bezindən - geyimə qədər bütün növ tullantılar çıxarılıb. "Azərsu"nun hadisə yerində işləyən əməkdaşları isə tövsiyyə edib ki, insanlar belə problemlərlə üzləşmək istəmirsə əllərinə keçəni kanalizasiya sisteminə atmasınlar.


Xəbər 2648 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +