Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


19.05.2017  17:03 

Güclü külək Daşkəsənə ziyan vurdu





A+  A-

Mayın 19-da saat 13-30 radələrində Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.
Daşkəsən rayon İcra Hakimiyyətindən XəzərNews.az-a verilən məlumata görə, şəhər İ.Qayıbov küçəsi 30 və 30a, 5 mərtəbəli, S.Vurğun küçəsi 24a, 2 mərtəbəli yaşayış binalarının dam örtüyünə ziyan dəyib. İ.Qayıbov küçəsi 30a, 5 mərtəbəli yaşayış binasının dam örtüyünə daha ciddi ziyan dəyib, güclü külək həmin binanın dam örtüyünü tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binanın üstündən atıb.

10-dan artıq elektrik dayağı, 300 paqon metrdən artıq elektrik kabeli, 3 rabitə dayağı, 100 paqon metrdən artıq rabitə kabeli sıradan çıxıb.

Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.

Baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib.

Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

Xəbər 2003 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +