Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


27.02.2017  18:24 

Şabranda torpaq sürüşməsi - Evlərə ziyan dəydi





A+  A-

Şabran rayonununda torpaq sürüşməsi baş verib.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qazbabalı kəndində qeydə alınıb. Kənd icra nümayəndəsinin sədr müavini Fürsət Təhməzov bildirib ki, həmin kəndə yaşamağın təhlükəli olduğunu bildirib: "Son günlər aramsız yağan yağış və qar sürüşmə prosesini aktivləşdirib. Təbii fəlakət nəticəsində beş evə ziyan dəyib və kəndə gedən yol dağılıb. Sürüşmə zamanı kənd sakinləri - Yehya Əliyev, Əlikram Əliyev, İmaməddin Əliyev, Faiq Əliyev və Naziyyət Mirzəyevaya məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərdə çatlar əmələ gəlib və yaşamaq mümkün olmadığı üçün ailə üzvləri qohumlarının evlərində məskunlaşıblar".

Qeyd edək ki, Qazbabalı kəndi rayon mərkəzindən 12 kilometr aralıqda yerləşir. Kənddə 80 təsərrüfat var. Rayon mərkəzi ilə kəndi birləşdirən yeganə yol sürüşmə nəticəsində tamamilə dağılaraq sıradan çıxıb.

Xəbər 4724 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +