Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


02.04.2025  12:37 

“Sipark İnşaat” 6 ildir vətəndaşın evini təhvil vermir





A+  A-

“Sipark İnşaat” şirkətinin Bakının Təbriz küçəsində inşa etdiyi pilot layihənin tikintisi illərdir yekunlaşmır. Sözügedən binadan mənzil alan sakinlər illərdir kirayələrdə qalmaqdan təngə gəliblər.

XəzərNews.az bildirir ki, tribunainfo.az-a yazan sakinlər bildirib ki, artıq 6 ildir kirayədə qalıblar. 6 ildir onlara binanın tezliklə təhvil veriləcəyi deyilsə də, heç bir yenilik yoxdur. Sakinlərin şikayətləri bir neçə dəfə ictimailəşsə də, əvvəlki adı “Evrostoy – S” MMC olan “Sipark İnşaat” onları müxtəlif bəhanələrlə yola verməkdədir. Sakinlər bildirib ki, onlar kirayələrə köçürülən zaman bina təhvil verilənə qədər kirayə haqlarının ödəniləcəyi deyilsə də, artıq o da ödənmir. Sakinlər 6 ildir həm evlərindən olublar, həm də əlavə xərcə düşərək aylıq kirayə haqqı ödəyirlər. Problemləri ilə əlaqədar müraciət etmədikləri yer qalmayan sakinlər gözləməkdən bezib. Sakinlər tezliklə şirkətlə bağlı tədbir görülməsini, onları şəxsi mənzilləri ilə təmin edilməsini tələ edir.

Qeyd edək ki, qalmaqallı tikinti şirkəti olan “Sipark İnşaat”ın Bakının başqa ərazilərindəki tikinti layihələri də ya yarımçıq dayanıb, ya işlər çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır. “Sipark”ın və onun rəhbəri Seymur İsayevin adı da tez-tez müxtəlif qalmaqallarda çəkilir.



Xəbər 1402 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +