İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


06.02.2018  18:23 

Kürdlər Türkiyəni ABŞ silahları ilə atəşə tutur





A+  A-

Suriyanın Afrin bölgəsində olan Kürd PYD və YPQ qüvvələri ABŞ-ın İŞİD-ə qarşı mübarizə üçün göndərdiyi silahlarla Türkiyə ərazilərini atəşə tutur.
XəzərNews.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı Türkiyə baş nazirinin müavini Bekir Bozdağ səsləndirib.

“ABŞ İŞİD-ə qarşı mübarizə məqsədilə YPG-yə silahlar göndərib. Ankara bundan əvvəl Vaşinqtonu xəbərdar etmişdi ki, bu silahlara nəticədə Türkiyəyə qarşı istifadə oluna bilər.

YPG və PYD ABŞ-ın göndərdiyi silahlarla Türkiyə ərazilərini atəşə tutur. Halbuki Türkiyə NATO-ya üzv dövlət və ABŞ-ın yaxın müttəfiqidir”, – deyə nazir müavini bildirib.

Ötən il ABŞ prezidenti Donald Tramp Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində türkiyəli həmkarına Suriyadakı kürd birləşmələrin silah-sursatla təchizatının dərhal dayandırılacağına dair söz vermişdi.

Daha sonra Pentaqon bəyanatla çıxış edərək, kürdlərin silah təchizatının davam etdiyini bildirmişdi.

Yanvar ayında Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmasterlə telefonla söhbət aparıb.

Söhbətdən sonra Vaşinqton kürdlərin silah təchizatının dayandırılacağını vəd edib. Buna baxmayaraq, fevralın 1-də ABŞ Silahlı qüvvələrinin mərkəzi komandanlığının başçısı İŞİD-ə qarşı savaşacaqları günə qədər Suriya Demokratik Qüvvələrinə (YPQ) dəstəyi davam etdirəcəklərini bəyan edib.

Xəbər 1142 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +