Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


02.08.2023  16:24 

Yeni dəyişikliklər pensiya məbləğlərinə necə təsir edəcək?





A+  A-

Baş nazirin 257 saylı qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilib. Qərarla 5 bənd üzrə dəyişiklik həyata keçirilib. Bu dəyişikliklərdən 3-ü daha çox texniki xarakter daşıyır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib.

V.Bayramov bildirib ki, əsas dəyişikliklər qərarın 1.3 və 1.4-cü bəndləri ilə bağlıdır. Belə ki, yeni dəyişikliyə əsasən, bundan sonra əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq:

“Bu o deməkdir ki, pensiya təyanatınadək olan əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya məbləğinin hesablanmasında istifadə olunacaq.

Digər mühim dəyişiklik əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğdə artırıldıqda, pensiya yenidən hesablanacaq.

Bu dəyişiklik belə artımlar baş verən zaman pensiya məbləğinin yenidən hesablanmasına və artırılmasına imkan yaradacaq. Deməli, bu hallarda vətəndaşlarımızın pensiyası yenidən hesablanıb artırıla biləcək”.

Xəbər 1260 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +