Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


31.10.2021  10:09 

Qabaqçöl xəstəxanası: Döşəmə qırıq- sökük, tavan isə uçacaq vəziyyətdə...





A+  A-

Bir zamanlar qonşu ölkələrdən belə xəstələrin gəldiyi Baləkəndəki məhşur Qabaqçöl xəstəxanası indi bərbad vəziyyətdədir. Həm əməliyyatxana, həm də xəstələrin qəbul edildiyi otaqlar belə uçub tökülür.

Döşəmə qırıq- sökük, tavan isə uçacaq vəziyyətdədir. Qapı pəncərə, xəstəxanın divarları isə yarasız hala düşüb.

Bura əməliyyat otağı olsada amma hazırda özünün əməlli başlı əməliyyata ehtiyacı var.

Bura Balakən rayonundakı Qabaqçöl qəsəbə xəstəxanasıdır.

Ötən əsrin 60-cı illərində tikilərək istifadəyə verilən xəstəxana qısa müddət sonra Balakən və ətraf rayonlarda əhaliyə göstərilən tibbi xidmətlərə görə məşhurlaşıb.İndi Qabaqçöl qəsəbə xəstəxanası əvvəlki kimi fəaliyyət göstərə bilmir...

Xəstəxananın həkimi Rəfayıl Qurbanovun dediyinə görə,tibb müəssisəsinin ağrılı günləri 2012-ci ildə baş verən zəlzələrdən sonra başlayıb.

Bir zamanlar bu qəsəbə xəstəxanasında müalicə almaq üçün qonşu Gürcüstanda yaşayan azərbaycanlılarda üz tuturdular. Lakin indi xəstəxana binasında bir nəfər xəstə yatmaq üçün şərait yoxdur.

2019-cu ildə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"-nin qərarı ilə Qabaqçöl qəsəbə xəstəxanası Balakən Rayon Mərkəzi Xəstəxanasının nəzdində Ailə Sağlamlıq Mərkəzi adlandırılıb. Məsələ ilə bağlı Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva isə açıqlamasında tibb müəssəsinin vəziyyəti ilə bağlı aidiyyəti üzrə lazimi orqanlara müraciət edildiyini bildirdi.



Xəbər 1537 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +