Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


25.01.2019  17:28 

“Heç bu problemlərdən xəbəriniz yoxdur” - Ədliyyə Nazirliyinə ittiham





A+  A-

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə Nazirliyini bələdiyyələrin problemlərinin həllinə kömək etməməkdə ittiham edib.
XəzərNews.az-ın məlumatına görə, deputat parlamentdə çıxışında bildirib ki, onların təklifləri Avropa Partiyasına istinad edilərək qəbul olunmur:

“İstəyirik ki, büdcə müzakirə olunanda bizim qaldırdığımız məsələləri müdafiə edəsiniz. O cümlədən, DSMF-lə olan problemlərin həllinə köməklik edəsiniz. Sizin heç bu problemlər barədə məlumatınız yoxdur. Axı bələdiyyələrin başqa təşkilatı yoxdur. Kim onlara köməklik etməlidir? Bələdiyyələrin böyük bir hissəsinin hesabları bağlanıb. Əhalini buna görə narazı salmaq olar? Gəlin o zaman başqa bir qanun qəbul edək”.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatın ittihamlarına cavab verib:

“Arif müəllim, dediyiniz fikirləri qanuna salın. Biz onu icra edəcəyik. Siz onu qəbul edəndən sonra biz necə icra etməyə bilərik ki? Əgər qanun dövlətimizin xeyrinədirsə başqa cür ola bilməz”.

Məsələyə yenidən müdaxilə edən A. Rəhimzadə bunları deyib:

“Bir çox ölkələrdə Daxili İşlər Nazirliyi bələdiyyələrə rəhbərlik edir. Onların əsasnaməsini götürün, baxın görün ki, onların bələdiyyələrə münasibəti necədir”.

Xəbər 1706 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +