Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


08.01.2018  10:24 

“Bir tikə çörəkdən ötrü restoran sahibinə...“ - Xatirə





A+  A-

Müğənni Xatirə İslam "5/5" verilişinin qonağı olub.
XəzərNews.az-ın məlumatına görə, sənətçi aparıcı Zaur Kamalın "Sosial şəbəkədə hamı yazır ki, Xatirə çox dəyişib" sözlərinə belə cavab verib:

"Burnumdan başqa heç bir plastik əməliyyat etdirməmişəm. Etdirənlərə də pis baxmıram. 5 ildən sonra mən də etdirəcəm. Ola bilsin, hərdən makiyaj ustalarımı dəyişirəm, ona görə fərqli görünürəm. Həm də yaxşı kremlərdən istifadə edəndə yaxşı olur".

Xatirə sosial şəbəkə paylaşımlarından, şərhlərdən söz açıb:

"Elə şəkillər olur ki, şərh yerini bağlamaq lazımdır. Bəzi müğənnilərimiz, elə özüm də hər şeyi paylaşmamalıyıq. Bəzi insanlar var ki, xahiş edir bunu paylaşın. Pul qazanmaq istəyir, deyir, reklam et. Gərək biz müğənnilər hər şey paylaşmayaq. Bu cür şeylər sənət adamlarını qiymətdən salır. Dost, tanış xahiş edəndə məcbur edirəm. Sənət adamı özünə hörmət etməlidir. Elə şey var reklam etmək olar. Amma gedib bir tikə çörək yeyib, İnstaqramda restoran sahibinə təşəkkür edirlər. Bir tikə çörəyə görə təşəkkür etmək olmaz. Acından ölsən belə, gərək etməyəsən.

Mənə Almaniyadan zəng gəldi ki, konsert var sizi də çağırırq. Gördüm ki, bunlar qonorar haqda danışmır. Dedilər ki, biz pul ödəmirik, ancaq müğənninin yolpulunu, yeməyini ödəyirik. Beş-altı müğənni razılaşıb bunla. İstəmirəm Azərbaycan müğənnisinə bu cür hörmət qoyulsun. Bir uçuşa, İnstaqrama şəkil qoyub, "Almaniyadayam" yazmağa görə belə etmək olmaz. Türkiyənin dünən səhnəyə çıxan müğənnisini belə pulsuz bura gətirə bilməzsən".

Xəbər 2176 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +