Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


02.04.2024  16:40 

Türkiyədə baş verən yanğında həlak olanların sayı artıb - VİDEO + YENİLƏNİB 2





A+  A-

Türkiyənin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 10- a çatıb.

Xəzərnews.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.

Qeyd edilib ki, binada yerləşən gecə klubunda aparılan təmir işləri əsnasında yanğın baş verib. Ölən və yaralananların oranın işçiləri olduğu bildirilir.

16:05

Türkiyənin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində 8 nəfər ölüb, 6-sı ağır olmaqla 15 nəfər xəsarət alıb.

Xəzərnews.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.

Qeyd edilib ki, yanğın binanın mənfi 1 və mənfi 2-ci mərtəbələrində yerləşən klubda baş verib.

15:31


Türkiyənin Şişli rayonunda 16 mərtəbəli binada yanğın olub.

Xəzərnews.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Posta küçəsində olub.

İlkin məlumata görə, yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.



Xəbər 6877 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +