Rusiyanın barıt zavodu vuruldu
Əvəz Zeynallı Türkiyəyə gedir
Çağırışdan yayınsanız... - Cərimələnəcəksiz
Netanyahunun Bakı səfəri... - Proqram açıqlandı
“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb


23.05.2019  11:32 

Azərbaycanda insanlar cırlaşır - Həkim səbəblərdən DANIŞDI





A+  A-

Boy insan həyatına birbaşa təsir edən amillərdən biridir. Uca boylu olmaq bu gün bəziləri üçün yaşamağa mane olan problem, kimlər üçünsə arzu, istəkdir. Təbii ki, boyu istənilən uzunluqda etmək insan əlində deyil. Boy amili həm gendən, həm yaşam tərzindən, həm də xəstəliklərdən aslıdır.
Rəsmi məlumatlara görə, Azərbaycan əhalisinin orta statistik boyu 167,2 sm, kişilər üçün orta boy 170,6 sm, qadınlarda isə 164,1 sm-dir.

Bəs Azərbaycan əhalisi boy problemi yaşayırmı? Bəziləri düşünür ki, bəli, son illər cırlaşma müşahidə olunur. Bunun əleyhinə düşününlər də var.

XəzərNews.az-ın məlumatına görə, həkim Adil Qeybulla Modern.az-a bildirib ki, elmdə retardasiya və akselerasiya anlayışları var. Retardasiya-fiziki inşikafın geriləməsi, cırlaşmadır. Akselerasiya isə əksinə, fiziki inkişafın üstələnməsidi:

“Məsələn, 5-ci sinifdə oxuyan şagird öz boyundan daha çox hündürdür. Azərbaycanda reterdasiyanın artmasında əsas faktor qohum evlilikləri olub. Yəni qohum nikahları ümumiyyətlə genefonda çox böyük zərbə vurub”.

Həkim qeyd edib ki, əgər bir nəsildə məsələn, polisemiya daşıyıcılığı varsa, eyni nəslin nümayəndələri nikaha girəndə artıq bu daşıyıcıların sayı artır.

“Artıq onlardan əmələ gələn uşaq sağlam genin daşıyıcılarına mənsub olmur. Yəni, məsələn, bir nəsildə boy cırlığı varsa, eyni nəslin nümayəndələri nikaha girincə, onların uşaqlarında da boy cırlığı olacaq. Beləliklə, Azərbaycanda bu kimi evliliklər reterdasiyanın artmasına gətirib çıxarır.

Dünyada bir dövrdən sonra məsələn, 30-40 ildən bir reterdasiya və akselerasiya bir-birini növbəli şəkildə əvəz edir. Ümumiyyətlə, qeyd edim ki, genefondun sağlamlaşdırılması üçün milli proqram hazırlanmalıdır. Bu, həm də təbliğat şəklində olmalıdır. Təbii ki, qohum evliliyini qadağa etmək qeyri-mümkündür. Lakin bu məsələni təbliğat şəklində insanlara başa salmaq lazımdır ki, özləri başa düşsünlər. Hazırda nikahdan əvvəl analizlər olur ki, onların diapazonunun genişləndirilməsi yaxşı olardı”.

Xəbər 2176 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +