Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı


06.02.2018  13:24 

Ali məktəblərdə hazırlıq qrupları nə vaxt açılacaq...





A+  A-

“Təhsil haqqında” qanuna əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalıdır.
Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək. Hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunmalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bəs hazırlıq qrupları nə zamandan fəaliyyət göstərəcək?

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a açıqlama verib.

İsa Həbibbəyli bildirib ki, Milli Məclis“Təhsil haqqında” qanuna dəyişikliyi qəbul edib və prezident də həmin dəyişiklikləri təsdiqləyib.

“Təhsil Nazirliyinin rəsmiləri də bir müddət əvvəl bildirmişdilər ki, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması istiqamətində işlər aparılır. Düşünürəm ki, bu barədə dəqiq məlumatı yaxın zamanlarda Təhsil Nazirliyi açıqlayacaq. Həmin hazırlıq qruplarının nə zaman, hansı universitetlərdə açılacağı və ödənişin nə qədər olacağı barədə ictimaiyyətə dolğun məlumat verəcək”.

Xəbər 2158 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +