Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


06.03.2018  13:06 

“İctimai” TV-yə sərt İTTİHAM: “Sovet vaxtı bu qədər nadanlıq təbliğ olunmurdu”





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa İctimai Televiziyanın efirində ziyarətgahların təbliğ olunmasını kəskin tənqid edib.
XəzərNews.az-ın məlumatına görə, Fazil Mustafa qeyd edib ki, İctimai televiziyanın efirində ziyarətgahların və digər pirlərin təmiri ilə bağlı veriliş gedirdi.

“Ziyarətgahlarda təmir işlərinin aparılması müsbət haldır və mən bunu təqdir edirəm. Lakin verilişdə belə təmirləri başqa kontekstdə təqdim etməyə çalışırdılar ki, guya insanlar bu ziyarətgahlara gedib nəzir verməlidirlər və oranı təbliğ eləməlidirlər.

Sovet dövründə heç bu qədər nadanlıq , cahillik təbliğ olunmurdu. Bunu İctimai televiziyanın efirində etmək daha zərərlidir. Az qalsın desinlər ki,hər universitetin həyətində ziyarətgah açmaq lazımdır.

Biz müasir dövrdə Molla Xəlil kimyagərlər dövrünə qayıdırıqsa, hansı inkişafdan danışa bilərik? Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq. Ona görə televiziyaların bu işini kəskin şəkildə qınayıram”.

Xəbər 2286 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +