Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib


14.02.2025  16:08 

Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı - VİDEO





A+  A-

Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində U-20 Azərbaycan çempionatında çıxış edən Muxamed Qantemirovun geyindiyi geyimin üzərindəki rus bayrağı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

XəzərNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun ölkə birinciliyində başqa ölkə bayrağı ilə yarışması tənqid edilib.

Azərbaycan çempionatında idmançının başqa ölkənin bayrağı ilə xalçaya çıxması da sual doğurub.

Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı güləşçilərin ölkə çempionatında başqa bayraqla mübarizə aparmasının qadağan edildiyini bildirib.

Federasiya rəsmisi Muxamed Qantemirovun geyimindəki Rusiya bayrağının əvvəlcədən üzərinin örtüldüyünü açıqlayıb: “Əslində, bizdə görüntülər var. Onun geyimindəki Rusiya bayrağı əvvəlcədən bağlanmışdı. Lakin bayrağın üzərinə vurulan stiker sonradan qopub. Hakimlər daha sonra stikerin qopduğunu görüb və yenidən üzərini örtüblər. Bu, finalda qısa zaman ərzində baş verib.

O, yeniyetmə idmançılar arasında Avropa ikincisi və dünya üçüncüsüdür. İdmançının trikosu var. Sadəcə itirdiyi üçün bu cür gəlib. Vaxtında bizə məlumat versəydi, onu geyimlə təmin edərdik. Amma məlumat vermədiyi üçün bu cür mənzərə yaranıb”.



Xəbər 1573 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +