Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb


05.10.2022  17:47 

“Lider Atatürkdür, İlham Əliyevdir, 3 min şəhidlə Qarabağı azad etdi...“





A+  A-

"Bir balaca İraq sizin vətəni işğal etdi. "Qələbə", "Zəfər" deyirsiz - sizə nəyə başa gəldi? Milyon şəhid verdiniz. Sülh sazişində utandığınızdan görünmədiniz (BMT egidası altında əldə edilmiş atəşkəsin İran tərəfdən faktiki xalqdan gizli qəbul edilməsini nəzərdə tutur. O zaman İranın prezidenti indiki dini lider Əli Xamenei idi). Lider Atatürkdür, Lider İlham Əliyevdir, 3 min şəhidlə Qarabağı azad etdi, dünya hərb doktrinasını dəyişdi".

XəzərNews.az xəbər verir ki, bu barədə Cümə xütbəsində Türkiyə Cəfərilərinin lideri Səbahəddin Özgündüz digər ölkədən gələn fitnələrə cavab verərkən deyib.

S.Özgündüz əlavə edib ki, sizin yanlışlara görə milyonlarla iranlı dindən, islamdan uzaqlaşır, vətənlərini tərk edir.

Xatırladaq ki, 2021-ci il sərhəd gərginliyi zamanı da S. Özgündüz oxşar xütbə ilə çıxış etmişdi. “Mən soysuz, qövmsüz biri deyiləm, azəriyəm, türkəm” deyə İranın Azərbaycan sərhədlərində hərbi təlim keçib meydan oxumasını kəskin qınamışdı.

İranın klerikal nəşrləri belə həmin çıxışın çox təsirli olduğunu, yanlış addımlar sayəsində İranın Türkiyədə və regionda "yumşaq güc" imkanlarını (şiə dindarlar üzərində təsirini) itirdiklərini etiraf edirdilər.

S.Özgündüzün son çıxışından belə anlaşılır ki, II Qarabağ savaşı zamanı və 2021-ci il oktyabrında tutduğu vətənpərvər-azərbaycançı mövqe İranda müəyyən dairələri rahatsız etdiyindən, onun Türkiyədəki şiə azəri icmasının liderliyindən uzaqlaşdırılması üçün fəaliyyətə başlayıblar.

Çıxışla bu link vasitəsilə tanış olmaq olar:



Xəbər 9191 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +