Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi


02.04.2018  09:45 

Lənkərandakı dəhşətli qəzada ölənlərin sayı 7-yə çatdı





A+  A-

Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, 6 nəfərin öldüyü qəzada ağır vəziyyətdə xəstəxanaya çatdırılan 7 yaşlı Ülvi Faiq oğlu Aslanovun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı xəstəxanada ölüb.

Qeyd edək ki, martın 31-də Lənkəranın Gərmətük kəndində 99-BJ-224 dövlət nömrə nişanlı "Shagman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə Ləj kənd sakin olan 6 nəfər ölüb.

Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir.Avtomobildə sıxılıb qalmış meyitlər FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən kəsilərək çıxarılıb.

Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1567 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +