Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


15.03.2025  12:49 

Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi





A+  A-

"Laser Beauty Clinic"in lisenziyası ləğv edildikdən sonra yeni qalmaqallı görüntülərlə klinika gündəmə gəlib.

Sosial şəbəkələrdə yayılan görüntülər hər kəsi şoka salıb. Belə ki, Azərbaycanda fəaliyyət göstərən türkiyəli həkim Ece Oktay öz sosial media hesabında vaginadaraltma əməliyyatına aid görüntülər paylaşaraq böyük tənqidlərə məruz qalıb.

Görüntülərdə xəstələrin üzü görünməsə də, onların ayaqlarının açıq olması sosial media istifadəçilərinin qəzəbinə səbəb olub. Həkimin bu paylaşımı etik qaydalara zidd hesab edilib və qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb.

Həkim paylaşımına belə bir açıqlama da əlavə edib:

"Bəzən qadınlar öz həqiqi hisslərini gizlədib, saxta bir gülümsəmə ilə əslində olmayan bir həzzi nümayiş etdirməyə çalışırlar. Cəmiyyətin gözləntiləri, partnyorun məmnuniyyəti və ya daxili qorxular onları öz bədənlərini kəşf etməkdən və həqiqi həzz almaqdan saxlayır. Amma unutma: həzz bir lüks deyil, sənin haqqındır!"


Bu açıqlama da ictimaiyyətdə geniş müzakirələrə yol açıb. Bəziləri həkimin sözlərini qadın azadlığının dəstəklənməsi kimi qiymətləndirsə də, bir çoxları bunun peşə etikası çərçivəsində yolverilməz olduğunu bildirir./Yenisabah.az



Xəbər 2018 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +