Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


25.11.2024  11:42 

Amerikada təhsil alıb, yaşamaq istəyənlər...-Video





A+  A-

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Amerikada yaşayan azərbaycanlı, təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov olub.



Q.Məhərrəmov müsahibədə Amerikadakı diaspor fəaliyyətindən, ABŞ və Azərbaycanın təhsil sistemində fərqlərdən, soydaşlarımızla münasibətindən bəhs edib.

Q.Məhərrəmov hesab edir ki, Azərbaycanın təhsil sistemində çatışmazlıqlar var:

“Necə ki, mən gəlmişəm təcrübəmi artırıb, bilik və bacarıqlarımı ölkəmizdə tətbiq edirəm, eləcə də xaricdə yaşayan soydaşlarımız bunu reallaşdıra bilərlər. Təcrübələrini bölüşüb distant formada yenilikləri ölkəmizdə tətbiq etsələr, bu bizim təhsil sisteminə yüksək təsir edəcək. Amerikada valideynlər şagirdlərlə çox yaxından maraqlanmır, onların ali təhsil almasına çox önəm vermir. Bizim ölkəmizdə isə məlum məsələ, hər kəs istəyir ki, övladı ən yaxşı yerdə təhsil alsın”.

Təhsil eksperti əyani və distant təhsil arasında fərqlərə də aydınlıq gətirib:

“Savadlı kadrlar, öyrənmək və başa düşmək qabiliyyəti daha yüksək olanlar üçün heç bir fərqi yoxdur. Distant təhsildə də o, nələrisə öyrənə biləcək. Lakin təcrübəyə daha çox önəm verən şagirdlər üçün əyani təhsilin effekti daha yüksək olacaq. Hər bir halda da distant təhsil ənənəvi təhsili əvəz edə bilməz, ona dəstək ola bilər”.

Q.Məhərrəmov bildirib ki, diaspor fəaliyyətində media dəstəyi alır:

“Diaspora.TV ilə əməkdaşlıq etdiyimiz üçün çox şadıq. Yaşadığım əyalətdə soydaşlarımızla əlaqədar nə yeniliklər olsa, görüntülü, səsli informasiyalar ötürürük. Media dəstəyinin olması diaspor fəaliyyətimzin işıqlandırılması üçün çox vacibdir. Mənim olduğum şəhərdə dərnək yoxdur. Çünki azərbaycanlıların da sayı çox azdır. Ancaq Hyustonda var və onlarla birgə tədbirlərdə yaxından iştirak edirik, soydaşlarımız bir araya gəlir. Eləcə də Hyustondakı dərnəklə və konsulluqla lazım olanda əlaqə saxlayıb, müəyyən eksponatların alınması, tədbirlərdə sərgilənməsi kimi hallarda dəstək alırıq”.

Xəbər 4404 dəfə oxunub.





18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +