Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


12.02.2024  15:15 

ABŞ-ın “Star Iris” ticarət gəmisinə hücum ediblər





A+  A-

Yəməndəki qiyamçı “Ənsar Allah” hərəkatının silahlıları Qırmızı dənizdə ABŞ-ın “Star Iris” ticarət gəmisinə hücum ediblər.

Xəzərnews.az xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalının efirində deyib.

“Yəmən donanması Qırmızı dənizdə ABŞ-ın “Star Iris” gəmisinə raketlərlə dəqiq zərbələr endirib”, - deyə Yəhya Səriya bildirib.

Bir müddət öncə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdində fəaliyyət göstərən dəniz ticarət daşımalarının koordinasiya mərkəzi ticarət gəmisinin Moha liman şəhərindən 40 mil cənubda hücuma məruz qaldığı barədə məlumat yayıb.

Qeyd edək ki, “Ənsar Allah” hərəkatı Qəzza sektorunda döyüşlər başlayanda İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və yəhudi dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəyini elan edib. Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla gəmini atəşə tutub. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərinə zərbələr endirib.//Yenisabah


Xəbər 955 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +