Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


31.08.2021  11:22 

Bu ölkədə koronavirusun yeni ştamı aşkar olundu





A+  A-

Yeni Zelandiyada koronavirusun yeni ştamı aşkar olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “The New Zealand Herald” yayıb. Bildirilir ki, ölkənin Səhiyyə Nazirliyi bu ilin iyun ayının sonlarında Yeni Zelandiyada koronavirusun yeni C. 1.2 ştamının aşkar olunması faktını təsdiqləyib.

Qeyd olunur ki, yüksək mutasiya səviyyəsinə malik yeni ştam xaricdən ölkəyə gəlmiş bir kişidə aşkarlanıb.

Nəşrin məlumatına görə, C. 1.2 ştamına yoluxmuş şəxs dərhal təcrid edilib və bununla da virusun yayılmasının qarşısını almaq mümkün olub.

C. 1.2 adını almış bu yeni ştam ilk dəfə Cənubi Afrikanın İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun mütəxəssisləri tərəfindən aşkar olunub. Alimlərin verdiyi məlumata görə, COVID-19-un yeni ştamı vaksinlərə qarşı güclü dayanıqlıq xüsusiyyətinə malikdir. Ən son araşdırmalara görə, C. 1.2 ştamı artıq Konqo, Çin, Yeni Zelandiya, Böyük Britaniya, Portuqaliya, İsveçrə və Mavrikidə qeydə alınıb.

Xəbər 2056 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +