Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


29.12.2017  15:18 

Tanınmış saatsazın polis oğlu işdən çıxarıldı





A+  A-

Tanınmış saatsazın polis oğlu işdən çıxarılıb.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ceyhun Fətəliyev tutduğu vəzifədən azad edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, C. Fətəliyev xidməti avtomobili ilə yol qəzası törətdiyi üçün işdən çıxarılıb.

Qeyd edək ki, C. Fətəliyev Bakının məşhur saatsazı Hacı Fətəliyevin oğludur.

C. Fətəliyevin atası H. Fətəliyev oğlunun işdən çıxarıldığını təsdiqləyib. O bildirib ki, qəza baş verən zaman C. Fətəliyev sükan arxasında olmayıb: “Maşını mənim oğlum deyil, polis serjantı idarə edib. Belə hadisələr qaçılmazdı. Buna baxmayaraq, biz hər iki maşını təmir etdirdik. Lakin yol polisi sistemində mənim oğluma qarşı qərəz var. Onu sıxışdırırlar. Mən bu barədə daxili işlər naziri cənab Ramil Usubova müraciət edəcəm”.

Xəbər 1381 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +