Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


23.12.2017  14:25 

Bu tələbələrə dərslik əvəzinə müavinət veriləcək





A+  A-

Nazirlər Kabineti "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" qərarında dəyişikliklər edib.
XəzərNews.az Report.az-a istinadən xəbər verir ki, dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn "himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə yanaşı AMEA-da da təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin ediləcək və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət veriləcək.

Eyni zamanda onlara imtiyazların şamil edildiyi "orta, orta peşə- ixtisas və ali peşə-ixtisas təhsil müəssisələri" sözləri "ümumi təhsil, orta iхtisas təhsili, ali təhsil müəssisələri və AMEA" sözləri ilə əvəz edilib. Həmçinin onlar müvafiq tədris müəssisəsinin xərclər smetası hesabına 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.

Xəbər 1654 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +