Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


25.01.2023  13:45 

“Bir arayışın 41 manat olması düzgün deyil”





A+  A-

Xəbər verdiyimiz kimi, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı sağlamlıq arayışının baha olmasından şikayətlənib.

“Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər. Məsələn, sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir”, - deyə xanım vəkil əlavə edib.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az –a danışan millət vəkili Vahid Əhmədov bildirib ki, səhiyyə sistemində bir sıra problemlər var:

“Dünən də Milli Məclisdə müzakirə gedəndə dərmanların qiyməti məsələsinə toxunduq. Səhiyyə ilə bağlı problemlər mütləq çözülməlidir. Fikir verirsinizsə, indiki vəziyyətdə dövlət başçısı çalışır ki, müəyyən qədər insanların maaşını, pensiyasını, sosial müavinətlərini artırsın. Bunun müqabilində də təşkilatlar, nazirliklər elə etməlidirlər ki, o artımlar insanlara müsbət təsir göstərsin. Qiymətlər, əlavə xərclər qalxırsa, artımların o qədər də əhəmiyyəti olmur. Ona görə də M. İbrahimqızının dediyi kimi, bir arayışın 41 manat olması düzgün deyil. Ümumiyyətlə, tariflərə baxmağa böyük ehtiyac var. Bəzi nazirlər vəziyyətdən istifadə edib belə neqativ hallara gətirib çıxarırlar.
Səhiyyə Nazirliyini bütünlükdə ittiham etmək olmaz, ola bilsin, hansısa nazirliyin hansısa qurumlarında problem var və onu mütləq həll etmək lazımdır.
Dövlət başçısının apardığı siyasət milyonlarla insanın sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Bu artımlar onun üçündür. Ona görə də elə etmək lazımdır ki, artımları insanlar hiss etsinlər. Yoxsa, sən arayışın, dərmanın, ərzağın və s. qiymətini qaldırmaqla artımların o qədər də əhəmiyyəti olmayacaq”.

Xəbər 1060 dəfə oxunub.




13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +