Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


28.09.2021  12:06 

İş adamının 24 milyon manat vergi borcu var - Ölkədən çıxışına qadağa qoyuldu





A+  A-

Azərbaycanda böyük layihələr həyata keçirən türkiyəli iş adamı Abdurrahman Şentürk Azərbaycan dövlətinə 24 milyon manat vergi borcu olmasına görə məhkəməyə verilib.

Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edib.

Bakı Kommersiya Məhkəməsinə təqdim edilən ərizədə qeyd edilib ki, Abdurrahman Şentürkün dövlət büdcəsinə olan ümumilikdə 23 milyon 997 min 720 manat məbləğində vergi borcu yaranıb. Nazirlik bu borcun ödənilməsini təmin etmək üçün A.Şentürkün ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Bakı Kommersiya Məhkəməsi nazirliyin iddiasını təmin edərək 24 milyon vergi borcu olan Abdurrahman Şentürkün Azərbaycanda çıxmasına “Stop” qoyub.

Qeyd edək ki, Abdurrahman Şəntürk 1987-ci ildə Türkiyədə “Bayburt İnşaat” adı ilə yaradılan, hazırda “Bayburt Grup” adlanan tikinti şirkətinin rəhbəridir. “Kor” ləqəbli iş adamı son illərdə Türkiyədə qazandığı dövlət tenderləri ilə diqqət çəkir.

A.Şəntürkün şirkətləri uzun illər Azərbaycanda dövlət tərəfindən aparılan layihələrin icraçısı olub. 2017-ci ildə “Bayburt Grup” Türkiyə Səfirliyinə sənəd təqdim edərək Azərbaycanda 1 milyard dollar dəyərində layihə icra edəcəklərini bildirib.

Gəncə-Qazax yolunun 40 km-lik hissəsinin yeniden qurulması üçün “Bayburt Grup”a daxil olan “Özgün Yapı” şirkətinə 120 milyon dollar ödənilib. “Bayburt Grup”un Azərbaycanla daha bir bağlılığı isə holdinqə daxil olan “Agrobay Seracılık” şirkəti ilədir. Şirkətin saytında Azərbaycana 15 milyon dollarlıq investisiya qoyulduğuna dair xəbər yer alıb. “Azərşəkər” şirkəti ilə ortaq həyata keçirilən layihə 1000 hektar ərazidə suvarma sistemləri, kənd təsərrüfatı və heyvandarlıqla bağlı işlər görüləcəyi qeyd olunub.

Türkiyə mediasının araşdırmasına görə, "Bayburt Grup” rəsmi sənədlərdə Azərbaycanda Dübəndi Havalimanı tikdiyini göstərib.

2017-ci ildə yayımlanan xəbərlərə görə, Şəntürk Türkiyədə də məhkəməyə verilib. Rəsmi sənədlərdə saxtakarlıq və tender qanunsuzluqlarına görə o şübhəli şəxs kimi dindirilib. İttiham aktında Azərbaycanla bağlı məqamlar da olub. Belə ki, Şəntürk tenderdə qalib olmaq üçün 2013-cü ildə Azərbaycanda metro xətti çəkdiyinə dair saxta sənəd təqdim edib. /“Kriminalqafqaz”/

XəzərNews


Xəbər 2467 dəfə oxunub.




13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +