Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


31.01.2020  18:36 

Koronavirus Rusiyaya da ayaq açdı





A+  A-

Rusiyada koronavirusa ilk yoluxma halı qeydə alınıb.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Baş Nazirinin müavini, virusla mübarizə üzrə əməliyyat qərargahının rəhbəri Tatyana Qolikova məlumat verib.

Onun sözlərinə görə, koronavirusa iki Çin vətəndaşı yoluxub.

Virusa yoluxma halına Zabaykalsk diyarı və Tümen vilayətində rast gəlinib.

Qolikova qeyd edib ki, Rusiya hökuməti vətəndaşlarını infeksiyanın yayıldığı yerdən, Çinin Uhan şəhərindən təxliyə etməyə başlayır. Bundan əlavə, Rusiya Monqolustan ilə keçidi məhdudlaşdıracaq və Rusiya Federasiyasında yaşayış icazəsi olan Çin vətəndaşlarını buraxılış məntəqələrinin girişində karantinə götürəcək.

İstehlakçı hüquqlarının müdafiəsi və insanın rifahına nəzarət üzrə Federal Xidmətin (“Rospotrebnadzor”) rəhbəri Anna Popovanın sözlərinə görə, hər iki şəxsin vəziyyəti stabildir, klinik təzahürlər və temperatur yoxdur.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərində koronavirusa yoluxma halları barədə mediada məlumatlar getsə də, daha sonra həmin faktlar təsdiqini tapmamışdı.

Xəbər 1658 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +