Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


08.09.2018  09:45 

Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı





A+  A-

Boliviya prezidenti Evo Morales həkimlərin səhvi ucbatından sağlam böyrəyi götürülmüş 3 yaşlı Sebastyanın ailəsinə ev bağışlayıb.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, Santa-Krus şəhərinin xəstəxanalarından birində böyrəyində bədxassəli şiş olan Sebastyanın səhvən sağlam böyrəyi əməliyyatla götürülmüşdü. Nəticədə körpə dərhal dializ aparatına qoşulmalı olmuşdu.

Bu isə ölkədə ciddi etiraz doğurmuşdu.

Morales Tvitter səhifəsində sosial təminatı yaxşı olmayan ailəyə ev bağışladığını elan edib:

“Sebastyanla bağlı baş vermiş hadisə bizi çox kədərləndirdi. Zəngin ailədən olmadığı üçün dövlət ona sosial ev bağışlamaq qərarına gəlib”.

Xəbər 1550 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +