Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


18.09.2017  23:19 

Azərbaycanda radionun adı dəyişdi - 12 nəfər etiraz məqsədilə işdən çıxdı





A+  A-

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) aid 107.7 FM dalğasında yayımlanan “Avto Radio”nun idarəçiliyi “Beat Group” şəbəkəsinə verilib.
XəzərNews.az-ın məlumatına görə, radionun rəhbəri Cavid Nemətzadə APA-ya açıqlamasında bildirib ki, müvafiq qərar menecment (NİİM - red.) tərəfindən qəbul olunub.

“Beat Group” tərəfindən verilən qərara əsasən, radionun adı dəyişərək “Avto FM” olub.

Xatırladaq ki, “Avto Radio”dan öncə də radionun adı “Avto FM” idi. Yeni idarəçilərin qəbul etdiyi digər qərara əsasən, efir formatında da dəyişiklik olub. Belə ki, “Beat Group” daha çox hit mahnılara üstünlük verir.

C. Nemətzadə bildirib ki, qəbul olunan qərarla razılaşmayan radionun əməkdaşları işdən könüllü şəkildə ayrılıblar: “Kollektivimiz 15 nəfərdən ibarət idi. Onlardan 12-si işdən çıxıb. Mən də bu 12 nəfərin arasındayam. Buna baxmayaraq, yeni layihənin müəlliflərinə uğurlar arzu edirəm”.

Xəbər 1426 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +