Mingəçevirdə ağır yol qəzası baş verib
Yaşayış binasında yanğın söndürüldü
COVID-19-dan insanların beyni niyə “dumanlanır”?
Masajçı, yoxsa kosmetoloq? – FOTO
Hansı yaşdan sonra silah əldə edə bilərsiz?
Rusiya Paşinyanı bağışlayacaqmı?
Sabahın HAVAsı... - 22 dərəcə isti olacaq
Türk həkim azərbaycanlıları təhqir etdi - SƏS YAZISI
Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir


14.01.2025  17:08 

Bu məktəbdə istilik niyə yoxdur?





A+  A-

Lənkəran rayon M.Fərzullayev adına Mamusta kənd tam orta məktəbində hələ də istilik yoxdur

Xəzərnews.az xəbər verir ki, bu barədə Cənublu.az saytı məlumat yayıb.

Qeyd edilib ki, məktəbə istilik sistemi iki il əvvəl çəkilsə də, bu günə qədər istifadəyə verilməyib.

Problemlə bağlı “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən məktəb onların balansında deyil.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq qeyd olundu ki, hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.

“Sözügedən Lənkəran rayon Mamusta kənd tam orta ümumtəhsil məktəbində 2023-cü ildən əsaslı təmir işlərinə başlanılıb. Təhsil müəssisəsinin istiliklə təmin edilməsi üçün qazanxananın tikintisi də yekunlaşmaq üzrədir. Təhsil müəssisəsi elektrik sobaları vasitəsilə qızdırılır. Tikintisi yekunlaşmaq üzrə olan qazanxanaya mavi yanacağın verilişi ilə bağlı müvafiq işlər aparılır. Yaxın günlərdə məktəb binası istiliklə təmin ediləcək”, - açıqlamada vurğulanıb.

Xəbər 2784 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?


BÜTÜN XƏBƏRLƏR +