Yasamalda səkilər də satılır - Foto
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub


04.07.2022  14:39 

“Heç kimin AZAL-a gücü çatmır...” - Tələbələr isə Vətənə qayıda bilmir





A+  A-

Məlum olduğu kimi, Türkiyədə 20 mindən çox azərbaycanlı tələbə təhsil alır. Hazırda yay tətilidir, lakin onlar Vətənə qayıda bilmir. Buna səbəb kimi təyyarə qiymətlərinin baha və quru sərhədlərinin bağlı olmasını göstərirlər.

Ötən həftə Naxçıvan Türkiyə arasında olan quru sərhədlərin bağlanması vəziyyəti daha da pisləşdirib. Hazırda tələbələrin evlərinə necə qayıdacaqları sual altındadır.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Aqil Abbas Bakupost.az -a açıqlama verib.

Bildirib ki, tələbələrin aqibətini düşünməli olan adamlar ayrı şeylər düşünürlər:

“Onları tələbə və onların aqibəti maraqlandırmır. Sərhədləri bağlayanları, təyyarə qiymətini fantastik şəkildə qaldıranları heç vaxt tələbə maraqlandırmayıb. Dəfələrlə parlamentdə bu məsələni qaldırmışıq, amma bizi eşidən yoxdur. Turizmin ən şıdırğı vaxtında bütün dünya quru yollarla hərəkət edir. Ötən həftə Naxçıvan-Türkiyə quru sərhədinin bağlanması, görünür, kimlərəsə sərf edir. Hər dəfə təklif olunur, amma AZAL qiymətləri endirmir. AZAL dövlət içində dövlətdir. Hökumətin və heç kimin AZAL-a gücü çatmır. O, ayrıca dövlətidir və özünün Prezidenti, sərəncamları, qanunları var. Görünən odur ki, tələbələr evlərinə qayıda bilməyəcəklər. Belə çıxır ki, Azərbaycanda söz sahibi Cahangir Əsgərovdur. Ona da heç kimin gücü çatmır”.

Xəbər 1674 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +