Yasamalda səkilər də satılır - Foto
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub


28.05.2022  17:22 

“Əziz Sancar, Selçuk Bayraktar kimi insanlar...” - İlham Əliyev





A+  A-

"TEKNOFEST”in hörmətli qonağı qismində Türk dünyasının böyük oğlu, dünya şöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Sancar da təşrif buyurdu. Əziz bəylə keçən görüşümü xatırlayıram. Mənə dedi ki, onun böyük arzusu Şuşaya getməkdir. Mənimlə görüşdən sonra Şuşaya getdi. Bildirdi ki, həyatda nəyə nail olmaq istəyibsə, ona nail olub".

XəzərNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

“Gənclər üçün Əziz Sancar kimi insanlar örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insandır. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız”, - deyə dövlətimizin başçısı qeyd edib.

Selçuk Bayraktarı da səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti deyib:

“Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” SİHA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm bir daha gördü ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Gənclər üçün Selçuk bəy də gözəl örnəkdir”.

Xəbər 4759 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +