Yasamalda səkilər də satılır - Foto
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub


04.05.2022  14:14 

İntim videosu yayılan müəllim danışdı - Video





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

Onun sözlərinə görə, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq.

Qeyd edək ki, sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.

***

Elşad Rəhimov isə APA-ya açıqlamasında bildirib ki, yayılan video əslində 1 il əvvəl çəkilib və tələbələrlə heç bir əlaqəsi yoxdur: “Yayılmış görüntülərlə bağlı onu deyə bilərəm ki, ki, 2021-ci ildə “Facebook”da “Messenger”imə müəyyən videolar gəlirdi. İstər-istəməz telefona gələn linkləri açıb baxırıq. Mən həmin videolara baxan kimi bağlayırdım”.

Elşad Rəhimov qeyd edib ki, tələbələrə qiymət yazmaq üçün əxlaqsız təkliflər etməsinə dair yayılan məlumatlar yalandır və məlum video tələbələr tərəfindən yayılmayıb: “Mən artıq 5-6 ildir ki, universitetdə müəllim kimi fəaliyyət göstərirəm. Mənim tələbələrlə yalnız müəllim münasibətim var”.



Xəbər 12517 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +